Modern.az

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

Aktual

21 İyun 2018, 23:20

Qırmızı vərəqə alaraq komandasını çətin duruma salan oyunçu ölümlə hədələnir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya milli komandasının futbolçusu Karlos Sançes dünya çempionatında Yaponiyaya 1:2 hesabı ilə uduzduqları ilk tur matçından sonra yüzlərlə ölüm hədəsi alıb.

 

Məlumatına görə, Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb. Belə ki, istifadəçilərdən biri "Twitter"də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: "Arzulamağı təklif edirəm".

Digər istifadəçi isə buna cavab olaraq, "Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır".

 

Qeyd edək ki, Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim, həmçinin, Kolumbiyanın qapısına penalti təyin edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)