Modern.az

Bakı-Sumqayıt qatarında sərnişin sayı iki dəfə artıb

Bakı-Sumqayıt qatarında sərnişin sayı iki dəfə artıb

Aktual

29 İyun 2018, 11:44

Adi günlərdə Bakı-Sumqayıt-Bakı marşrutu ilə  5 min sərnişin daşınırdı, Bakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar sərnişin sıxlığı artıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Rəsmi məlumata görə, iyunun 28-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə 10 min 836 sərnişin daşınıb. 

Qeyd edək ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, dünəndən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı