Modern.az

Baytarlıq və fitosanitar nəzarət Qida Təhlükəsizliyi Agentliyinə keçir  

Baytarlıq və fitosanitar nəzarət Qida Təhlükəsizliyi Agentliyinə keçir  

Aktual

29 İyun 2018, 12:51

İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək.

Modern.az xəbər verir ki, bunu Agentliyin sədri Qoşqar Təhməzli deyib.

 

Q.Təhməzli bildirib ki, qida məhsullarının dövlət qeydiyyatının aparılması "ASAN xidmət" vasitəsilə həyata keçiriləcək:

"Müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq. Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək".

Onun sözlərinə görə, iyulun 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində vaksinasiya işlərini həyata keçirəcək, həmçinin, bitkilərlə bağlı dərmanlama işlərinə başlanılacaq.

 

Q.Təhməzli eyni zamanda bildirib ki, Nazirlər Kabineti Azərbaycana aqrokimyəvi vasitələrin gətirilməsi, qeydiyyata alınması ilə bağlı mövcud qərara dəyişikliklər edir və bu işə bir neçə qurum bu işə nəzarət edəcək:

"Bunlar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyidir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir