Modern.az

Qaradağdakı yol qəzasında yaralananların sayı 22 nəfərə çatıb

Qaradağdakı yol qəzasında yaralananların sayı 22 nəfərə çatıb

Aktual

13 İyul 2018, 10:51

Dünən - iyulun 12-də Qaradağ rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 22 nəfərə çatıb.


Bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

 

S.Əhmədova bildirib ki, hazırda Kliniki Tibbi Mərkəzin stasionar şöbəsində 5 nəfər müalicə alı:

 

"Onlardan 3-ü reanimasiyda, 2-i  neyrotravma şöbəsindədir. Həmin 2 nəfərdən biri 23 həftəlik hamilə qadındır. Ginekoloji müayinədən sonra döl üçün hər hansı təhlükə olmadığı müəyyənləşib”.

 

Qeyd edək ki, Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində - Qaradağ rayonu ərazisində - “Isuzu” markalı 90-OJ-802 Dövlət Qeydiyyat Nişanı (DQN) yük maşını 149 nömrəli 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb. 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!