Modern.az

Bu ilin altı ayında 396 mln. manat sığorta haqqı toplanıb

Bu ilin altı ayında 396 mln. manat sığorta haqqı toplanıb

Aktual

13 İyul 2018, 10:59

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396.37 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.


Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Modern.az-a verilən məlumatda bildirilirb.

 

Rəsmi məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 286.84 mln. manat, ödənişlər isə 87.11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109.53 mln. manat, ödənişlər isə 32.19 mln. manat olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i könüllü, 28%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı