Modern.az

Kartla işləyən marşrut xətlərinin sayı 23-ə çatdı

Kartla işləyən marşrut xətlərinin sayı 23-ə çatdı

Aktual

13 İyul 2018, 14:10

Bakı Nəqliyyat Agentliyinin (BNA) göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, iyulun 14-dən etibarən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

Gediş haqlarının “Bakıkart” vasitəsi ilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq”.

 

M.Ağayev qeyd edib ki, 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.

 

Qeyd edək ki, nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı