“E Media Group” media holdinqinin rəhbəri Elşən Əliyev bıçaqlanıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ötən gecə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi alıb.
E. Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına aparılıb. O, hazırda reanimasiyadadır.
Elşən Əliyevin yaxın dostu, aparıcı Aysel Nazimin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə tanımadığı şəxsin ondan siqaret istəməsindən sonra baş verib:
Elşən Əliyevin səhhəti ilə bağlı maraqlanmağa çalışsaq da, 3 saylı Şəhər klinik Xəstəxanasından telefona cavab verən olmayıb.