Ötən ayın 1-nə bank sektorunun mənfəəti 36,3 milyon manat təşkil edib.
Modern.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bankların faiz gəlirləri 843,3 milyon manat, faiz xərcləri isə 299 milyon manat olub.
Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi 439,8 milyon manat təşkil edib. May ayı ilə müqayisədə bu rəqəm 20,9 milyon manat və ya 4,55% azalıb.