Modern.az

Azərbaycan XİN terror aktı ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN terror aktı ilə bağlı bəyanat yayıb

Aktual

25 İyul 2018, 19:45

 

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb.

 

Modern.az məlumatına görə, XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Twitter vasitəsilə bildirib:

 

"Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi. Bu terror aktı çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!