Modern.az

Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Aktual

25 İyul 2018, 20:01

“Bakı şəhər prokurorluğunun 4 əməkdaşı yol verdikləri kobud pozuntulara görə intizam məsuliyyətinə cəlb olunub. İntizam məsuliyyətinə cəlb olunmuş prokurorluq əməkdaşlarından biri tutduğu vəzifədən azad edilib”. Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2018-ci ilin birinci yarısının yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində bildirilib.

 

Qeyd olunub ki, hesabat dövründə şəhər ərazisində 5854 cinayət hadisəsi qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə prokurorluq və daxili işlər orqanları üzrə qeydə alınmış cinayətlərin açılma faizi 2,2 % artaraq 82,1 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 412 hadisə və ya 38,5 % azalaraq 658 olub.

 

2018-ci ilin birinci yarımili ərzində qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 16 qəsdən adam öldürməyə cəhd cinayətinin  hamısının açılması təmin edilib.

 

Hesabat dövründə 37 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə az baş vermiş, onlardan bağlı qalanı olmayıb.

 

2018-ci ilin müvafiq dövründə ölümlə nəticələnən 115 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən 1-i bağlı qalıb.

 

Hesabat dövründə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş cinayət işlərinin təhlili göstərir ki, prokurorluqda icraatda olan 607 işdən 256-ı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 7106 cinayət işindən 2312-nin istintaqı tamamlanıb.

 

2018-ci ilin birinci yarımilliyində baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun istintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 182 min manat maddi ziyandan 30.2 %-i yəni, 658 min manatı istintaq zamanı ödətdirilib, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 960 min manat maddi ziyandan 90.5 %-i yəni, 12 milyon 634 min manatı istintaq zamanı ödətdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı