Modern.az

Müasir Azərbaycan ailəsi qloballaşma prosesində ...

Müasir Azərbaycan ailəsi qloballaşma prosesində ...

Aktual

25 İyul 2018, 20:33

“Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində”. Modern.az xəbər verir ki, “Himayədar” Humanitar Tətəqqi İctimai Birliyinin icrasına başladığı yeni layihə belə adlanır.   

Layihə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Təşkilatın ilkin araşdırmalarına görə,  son illər  Azərbaycanın ənənəvi ailə modelində ciddi  dəyişikliklər  prosesi gedir. Lakin baş verən dəyişikliklər, prosesin olumlu və ya olumsuz  tərəfləri,  mövcud tendensiyalar və perspektivlər ictimai  qiymətləndirilməyə cəlb edilməyib, milli-mənəvi və bəşəri dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması prosesnə ictimai dəstək təşkil olunmayıb. Ona görə də təşkilat mövcud vəziyyətin dəyişməsi üçün bu layihə çərçivəsində İnformasiya Bazası (Kordinatlar bazası, məlumat və sənəd Arxivi)  yaratmaq, Masabaşı araşdırması (desk-research) aparıb mövcud vəziyyəti qiymətləndirmək, infoqrafiklər, elektron  banerlər hazırlayıb təşkilatın saytı və sosial şəbəkələr vasitəsilə yaymaq, ictimailəşmə tədbirləri (dəyirmi masa, fərdi görüşlər məlumatlandırma sessiyası) və s. vasitələrlə  bu problemə cəmiyyətin diqqəti artırmağı, ailə insitutunun möhkəmləndirilməsinə ictimai dəstəyi gücləndirməyi nəzərdə tutur.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı