Modern.az

“Qarabağ” səfərdən 1 xalla dönür - YENİLƏNİB

“Qarabağ” səfərdən 1 xalla dönür - YENİLƏNİB

Aktual

25 İyul 2018, 22:54

“Qarabağ”  “Kukesi” oyunu yekunlaşdı. Modern.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara qol vurulmayıb. Qolsuz bərabərliklə yekunlaşan oyunun sonunda komandalar hərəyə 1 xal qazanıb. Oyunun taleyinə 1 həftə sonra Bakıda aydınlıq gələcək.

 

21:00

 

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb. Modern.az xəbər verir ki, turnirin ikinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Albaniyada “Loro Boriçi” stadionunda yerli “Kukesi” komandasının qonağıdır.

 

“Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Donald Gerye, Simeon Slavçev, Miçel, Filip Ozobiç və Mahir Mədətov yer alıblar.

 

“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Albi Alla, Sebino Plyaku, Haralamb Çaçi, Arber Tsyurbya, Simo Rumbulaku, Besar Musoli, Edis Maliki, Vilyam Kordeyro və İrakli Dzariyq çıxacaqlar.

 

Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasında üstün olacaq komanda ilə görüşəcək. Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı