Modern.az

Yeniyetmələr insan alverinə qarşı maarifləndirildilər

Yeniyetmələr insan alverinə qarşı maarifləndirildilər

Aktual

6 İyun 2018, 13:00

“Gənclərin İqtisadi, Sosial və Mənəvi inkişafına Yardım” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “ İnsan alverinə qarşı maarifləndirmə tədbirlərinin kecirilməsi” layihəsi çərcivəsində bir sıra tədbirlər həyata keçirib .

 

Modern.az xəbər verir ki, layihənin əsas məqsədi regionda yaşayan yeniyetmə gənclər arasında insan alverinə qarşı mübarizə, hüquqlarının izah edilməsi sahəsində maarifləndirmə işinin təşkili, bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və sosioloji motivasiya olması olub. 

 

Tədbirlərdə İnsan alveri ilə mübarizə sahəsində fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə dövlətimiz tərəfindən insan alveri qurbanları üçün hüquqi yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülməsindən danışılıb. Bununla belə, vətəndaşların insan alveri ilə bağlı az məlumatlı olmaları səbəbindən insan alverindən zərərçəkmisindən, bu səbəbdən zərərçəkmişlərin hüquqlarının müdafiəsinə, hüquqi yardımın təşkil edilməsinə və insan alverindən zərərçəkmişlərə psixoloji motivasiyanın göstərilməsinə ehtiyac olması vurğulanıb. Buna görədə layihə eksperti tərəfindən iştirakçılara tədbirlərdən sonra hüquqi və motivasiya edici xidmətlər göstərildi, fərdi görüşlər təşkil olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı