Modern.az

İnformasiya təhlükəsizliyi sahəsində təhsil üzrə dünya təcrübəsi müzakirə olundu

İnformasiya təhlükəsizliyi sahəsində təhsil üzrə dünya təcrübəsi müzakirə olundu

Aktual

19 İyun 2018, 15:00

“İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “Milli və ictimai maraqların qorunması ucun sosial şəbəkələrdə informasiya mübarizəsinin gücləndirilməsinə dəstək “ layihəsi çərcivəsində bir sıra tədbirlər həyata keçirib.

 

Modern.az xəbər verir ki, təşkilat tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını və müntəzəm olaraq elmi seminarların keçirildiyini bildirdi. İnformasiya təhlükəsizliyinin təmini problemlərinin elmi-nəzəri əsasları araşdırılır, yeni metod və alqoritmlər işlənilir, dünyada bu sahədə görülən işlər və təcrübə öyrənilir” – deyən layihə rəhbəri  əldə olunmuş mühüm elmi nəticələrin elmi əsərlərdə, nüfuzlu jurnallarda, kitab və monoqrafiyalarda öz əksini tapdığını söylədi. Qeyd etdi ki, milli informasiya təhlükəsizliyinin formalaşmasına elmi-praktiki dəstək vermək, onun nəzəri əsaslarını inkişaf etdirmək, həmçinin dünya elminə töhfə vermək təşkilatın  əsas istiqamətlərindən biridir.

 

Tədbirdə natiqlər “İnformasiya təhlükəsizliyi sahəsində təhsil üzrə dünya təcrübəsi” mövzusunda məruzə ilə çıxış etdilər. Natiqlər informasiya təhlükəsizliyi sahəsində keyfiyyətli təhsilin əhəmiyyətindən danışaraq, dünyada bu istiqamətdə görülən tədbirlər haqqında məlumat verdilər. Onlar, peşəkar mütəxəssislərin yetişdirilməsi üçün ixtisasartırma kurslarının, kibertəhlükəsizlik üzrə təlimlərin keçirildiyini, maarifləndirmə işlərinin aparıldığını, informasiya təhlükəsizliyi üzrə müxtəlif yarış və müsabiqələrin təşkil olunmasının vacibliyini vurğuladılar. Maarifləndirmənin məktəbəqədər təhsil müəssisələrindən başlanılmasının məqsədəuyğunluğunu ifadə edildi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı