Modern.az

Rumıniyada “Azərbaycan haqq yolunda” adlı tədbir keçirilib

Rumıniyada “Azərbaycan haqq yolunda” adlı tədbir keçirilib

Aktual

22 İyun 2018, 10:38

“Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” İctimai Birliyi,  Azərbaycan Respublikasının Prezidenti yanında   Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə  Rumıniyada “Azərbaycan haqq yolunda” təbliğat kampaniyasının təşkili adlı layihə çərçivəsində tədbirlər  təşkil edib. 

Modern.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanın Rumıniyada  təbliği istiqamətində daha bir addım atmaq, zəngin Azərbaycanın müasir  tarixinin tanınmasına xidmət göstərmək, Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması işinə mühüm töhvə verməkdir.

Layihənin reallaşdırılması  Azərbaycanlı və Rumıniya gənclərinin yaradıcılıq ünsiyyətinə kömək edib, gənclərin  intellektual səviyyəsini və düşüncə tərzini nümayiş etdirib.  

Layihənin reallaşması Rumıniya auditoriyasında Azərbaycan xalqı və müasir Azərbaycan mədəniyyəti və tarixi barədə əyani təsəvvür yaradıb. Rumıniya gəncləri diskussiyalar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərimizin düşüncə tərzi, yaradıcılıq üslubları haqqında ətraflı məlumat əldə ediblər.

Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvləri və digər qonaqlar  iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?