Modern.az

“ƏTRAF MÜHİTİ MƏİŞƏT TULLANTILARINDAN TƏMİZLƏYƏK”

“ƏTRAF MÜHİTİ MƏİŞƏT TULLANTILARINDAN TƏMİZLƏYƏK”

Aktual

1 İyun 2018, 12:15

“Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə

“ Yeniyetmələr arasında ekoloji maarifləndirmə işinin təşkili ” layihəsi çərçivəsindəŞirvan şəhərində bir sıra tədbirlər həyata keçirmişdir .

 Tədbirdə ekologiya sahəsində qanunvericilik sistemi müzakirə olunmuşdur. Təlimdə ekspert qismində Samir Məmmədov ekoloji sahədə qanunvericilik aktları barədə geniş məlumat vermiş, sonra bu sahədə informasiya almaq hüququ dinləyicilərə izah olunmuşdur. Birliyin sədri Nicat Nəbiyev qanunvericilik aktlarının tətbiqi barədə danışmışdır. Diskussiya zamanı ekologiya sahəsində bir neçə məhkəmə prosesi müzakirə olunub.

 

Təlimlərdə  Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi, “Sağlam mühitdə yaşamaq hüququ” adlı müsabiqənin iştirakçısı Qüdrətli Tural ekoloji sahədə tələbələr arasında keçirilən müsabiqələrdən xəbər vermiş və iştirakçı gəncləri bu müsabiqələrə qatılmağa çağırmışdır.

 

Hər üç tədbirdə iştirakçılara layihə çərçivəsində çap olunmuş “ƏTRAF MÜHİTİ MƏİŞƏT TULLANTILARINDAN TƏMİZLƏYƏK” adlı məlumat bukletləri paylanılmışdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı