Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Aktual

17 Sentyabr 2018, 23:20

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 79,66 dollar/barel təşkil edib ki, bu da cümə axşamı gününə olan göstəricidən 0,03 dollar/barel azdır.

Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 78,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 14-də 76,44 dollar/barel təşkil edib ki,  bu da əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 14-də 77,8 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı