Modern.az

65 saylı avtobusda sahibsiz uşaq tapıldı - FOTO

65 saylı avtobusda sahibsiz uşaq tapıldı - FOTO

Aktual

24 Sentyabr 2018, 15:14

Sentyabrın 24-də saat 14:00 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda sahibsiz uşaq taplıb.

Bu barədə “Xaliq Faiqoğlu” MMC-dən Modern.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edilib ki, uşağın təxminən 5-6 yaşı var. Azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı