Modern.az

UNEC 20 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır  

UNEC 20 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır   

Aktual

26 Sentyabr 2018, 13:52

UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu müddəti uzadılıb.

UNEC-də 20 ixtisas üzrə aparılan təkrar ali təhsil iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoliji ixtisasları da əhatə edir.

Modern.az xəbər verir ki, təkrar ali təhsilə qəbul yalnız elektron qaydada həyata keçirilir. İxtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada //www.kabinet. unec.edu.az  e-mail ünvanına təqdim etdikdən sonra, müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil alan şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra UNEC-də təkrar ali təhsil ala bilərlər.

Sənəd qəbulu üçün son tarix oktyabrın 20-dəkdir.

Ətraflı məlumat: (012) 492 65 64

//unec.edu.az/events/unec-2018-2019-cu-tedris-ilinde-tekrar-ali-tehsil-almaq-ucun-sened-qebulu-elan-edir/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı