Modern.az

Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın yeni tərkibi formalaşır  

Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın yeni tərkibi formalaşır   

Aktual

27 Sentyabr 2018, 09:57

Hazırda hökumətlərarası komissiyanın yeni tərkibi formalaşır. Modern.az xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Areşkin 9-cu Azərbaycan-Rusiya regionlararası forumunda çıxışı zamanı bildirib. O qeyd edib ki, yaxın bir neçə ay ərzində hökumətlərarası şuranın növbəti iclası keçiriləcək:

"Ticari iqtisadi əlaqələrin dərinləşməsi istiqamətində də işlər aparılır. Baryelərin azaldılması istiqamətində mühüm addımlar atılır. Ciddi şəkildə layihələrin icrasında özəl biznesin rolu artır. Hesab edirəm ki, burada Şuranın töhfəsi böyük olacaq. Bizneslə bərabər regionlar burada vacib rol oynayacaq".

O, həmçinin bildirib ki, regional səviyyədə yeni layihələr tətbiq olunacaq:

"Regional səviyyədə kontaklar çox vacibdir və iki ölkə arasında işgüzar əlaqələr vacib rol oynayacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı