Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ  

Sabah hava necə olacaq? - PROQNOZ   

Aktual

27 Sentyabr 2018, 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı  ehtimalı var. Arabir güclənən şimal-qərb  küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24,  Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz  21-26, dağlarda gecə 5-10, gündüz  12-17 dərəcə isti təşkil edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı