Modern.az

Elmar Məmmədyarov Mişel Koninks ilə görüşdü

Elmar Məmmədyarov Mişel Koninks ilə görüşdü

Aktual

27 Sentyabr 2018, 17:03

Xarici işlər naziri Elmar Məmmədyarov 26 sentyabr tarixində Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoratlığının (CTED) rəhbəri Mişel Koninks ilə görüşüb. 

 

Modern.az xəbər verir ki, görüş zamanı CTED nümayəndə heyətinin cari ilin iyul ayında Bakıya səfərinə istinad edilərək, Azərbaycanın Terrorçuluğa qarşı Mübarizə Komitəsinin tövsiyələrinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi sahəsində CTED ilə əməkdaşlığı məmnunluqla vurğulanıb. Tərəflər eyni zamanda terrorçuluğa qarşı mübarizə sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı