Modern.az

“Azərsu”yun əməkdaşı uçqun altında qalıb ÖLDÜ

“Azərsu”yun əməkdaşı uçqun altında qalıb ÖLDÜ

Aktual

27 Sentyabr 2018, 20:43

Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Onun "Azərsu" ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

 

 

Qeyd edək ki, ölən şəxs ailəlidir, iki azyaşlı övladı var.

 

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır