Modern.az

Azərbaycan yığması İngiltərəni məğlub edib

Azərbaycan yığması İngiltərəni məğlub edib

Aktual

27 Sentyabr 2018, 23:06

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasında IV turun qarşılaşmaları keçirilib. Modern.az "Report"a istinadən xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İngiltərə yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma yığmamızın inamlı qələbəsi ilə başa çatıb - 3,5:0,5.

 

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Teymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə öz görüşünü heç-heçə ilə başa vurub.

 

Qadınlardan ibarət yığma komanda isə ABŞ kollektivi ilə dueldən məğlub ayrılıb - 1,5:2,5. Komandanın heyətində yalnız Xanım Balacayeva qələbə qazana bilib.

 

Kişilər

 

Azərbaycan – İngiltərə - 3.5:0,5

 

Şəhriyar Məmmədyarov – Maykl Adams -1:0

Teymur Rəcəbov – Lük Makşeyn - 1:0

Arkadi Naydiç – Devid Hauel - 0,5:0,5

Rauf Məmmədov – Cons Qaveyn - 1:0

 

Ş.Məmmədyarovla A.Naydiç ağ, R.Məmmədov və T.Rəcəbov isə qara fiqurlarla oynayıb.

 

 

Qadınlar

 

Azərbaycan - ABŞ - 1,5:2,5

 

Günay Məmmədzadə - Anna Zatonski - 0:1

Zeynəb Məmmədyarova – İrina Kruş - 0:1

Xanım Balacayeva – Tatev Abrahamyan - 1:0

Gülnar Məmmədova – Cennifer Yu - 0,5:0,5

 

G.Məmmədzadə ilə X.Balacayev ağ, Z.Məmmədyarova və G.Məmmədova isə qara fiqurlarla mübarizə aparıb.

Bu nəticələrdən sonra kişilərdən ibarət yığmanın aktivində 9, qadınlardan ibarət komandanın isə 6 xalı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı