Modern.az

Həmsədrlər bəyanat yaydılar: “Nizamlanma tərəflərdən güzəştlər tələb edəcək”

Həmsədrlər bəyanat yaydılar: “Nizamlanma tərəflərdən güzəştlər tələb edəcək”

Aktual

28 Sentyabr 2018, 00:14

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə dair bəyanatla çıxış ediblər. Modern.az yerli mediaya istinadən xəbər verir ki, bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatçılıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir.

 

Qeyd olunub ki, həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar.

 

Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

 

Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı