Modern.az

BANM-ın tələbəsi Azərbaycan peykinin orbitə buraxılmasında iştirak edib

BANM-ın tələbəsi Azərbaycan peykinin orbitə buraxılmasında iştirak edib

Aktual

28 Sentyabr 2018, 09:59

Bakı Ali Neft Məktəbinin IV kurs tələbəsi Fərdin Vətəni Azərbaycanın “Azerspace-2” peykinin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmasında iştirak edib.

 

Modern.az xəbər verir ki, tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olan təbəbə Ali Məktəbin “Nefq-qaz mühəndisliyi” ixtisasında təhsil alır.

“Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.  Peyk Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.

 “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Qeyd edək ki, Ali Məktəbin tələbəsi  BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirak edib. BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı