Modern.az

Elmar Məmədyarov Macarıstanın Ləyaqət Ordeni ilə təltif olunub

Elmar Məmədyarov Macarıstanın Ləyaqət Ordeni ilə təltif olunub

Aktual

28 Sentyabr 2018, 13:35
Xarici işlər naziri Elmar Məmmədyarov  27 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.

 
Modern.az xəbər verir ki, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə etdi, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıb.

Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə  Macarıstan Respublikasının Komandir Xaçı Ləyaqət Ordeni ilə təltif olunub. Mükafatı azərbaycanlı həmkarına təqdim edən xarici işlər naziri Peter Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə nazir Məmmədyarova təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Nazir Məmmədyarov Macarıstan nazirinə mükafata görə təşəkkür edərək, bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı