Modern.az

Azərbaycan Türkmənistandan benzin alacaq

Azərbaycan Türkmənistandan benzin alacaq

Aktual

28 Sentyabr 2018, 14:38

SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək "Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Marja"ya neft bazarındakı mənbə bildirib.

 

Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.

 

BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə "Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - mənbə bildirib.

 

Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. "Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı