Modern.az

Deputat Lahıc və ətraf kəndlərə getdi - FOTOLAR

Deputat Lahıc və ətraf kəndlərə getdi - FOTOLAR

Aktual

28 Sentyabr 2018, 15:06

Sentyabrın 28-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Bu dəfə Lahıc qəsəbəsində, Qaraqaya, Gəndov və Əhən kəndlərində seçicilərini qəbul edib, onları narahat edən problemlərlə maraqlanıb.


Modern.az
 xəbər verir ki, qəbula gələn sakinlər millət vəkilinə onlarla görüşə gəldiyinə görə təşəkkür ediblər. Əsasən sosial və şəxsi məsələlərlə bağlı deputata müraciətlər edilib. Gəndov kəndində modul tipli məktəbin tikintisinə köməklik etdiyinə görə Novruz Aslanova kənd sakinləri adından təşəkkür edən müəllimlər təhsilə yaradılan şəraitə görə dövlətə minnətdar olduqlarını bildiriblər.

Qaraqaya kəndinin sakinləri kəndin yararsız vəziyyətə düşən elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyacın olduğunu deputatın diqqətinə çatdırıblar. Bu məsələ ilə bağlı müvafiq strukturlara müraciət edəcəyini bildirən deputat onunla görüşə gələn sakinlərə öz təşəkkürünü bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı