Modern.az

İstirahət günlərinin hava PROQNOZU açıqlandı  

İstirahət günlərinin hava PROQNOZU açıqlandı   

Aktual

28 Sentyabr 2018, 16:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanlar bilməlidir ki, hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 23-28, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları fasilələrlə yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək. 

 

 

                                           

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı