Modern.az

Almaniyada yaşayan soydaşlarımız Koordinasiya Şurası yaradır

Almaniyada yaşayan soydaşlarımız Koordinasiya Şurası yaradır

Aktual

28 Sentyabr 2018, 17:21

Almaniyada yaşayan soydaşlarımız“Almaniya Azərbaycanlıları Koordinasiya Şurası” yaradır.

Modern.az xəbər verir ki, şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil  təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır. Soydaşlarımız da hesab edir ki, artıq, dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə, özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının “....Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir” fikirlərini diaspor təşkilatları və soydaşlarımız qarşıya qoyulan zərurət kimi qəbul edirlər.   

Məhz, bu zərurətdən irəli gələrək, Almaniyada yaşayan soydaşlarımız daha sıx birləşmək və səmərəli fəaliyyət göstərmək istiqamətində konkret addımlar atırlar. Soydaşlarımızın verdiyi informasiyaya görə, Koordinasiya Şurası qərarların kollegial qəbuluna imkan yaradacaq, əlaqələri gücləndirəcək və daha uğurlu nəticələrin əldə edilməsinə təkan verəcəkdir. Təsis iclasında iştiraka dəvət edilən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkəyə yola düşüb. Nümayəndə heyətinin Almaniya ilə bərabər, İsveçrə və Fransaya da səfəri planlaşdırlır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində hər üç ölkədə dövlət rəsmiləri, Azərbaycan diaspor təşkilatları və orada yaşayan soydaşlarımızla görüşəcəkdir.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı