Modern.az

Azərbaycan şahmatçıları erməniləri məğlub etdilər

Azərbaycan şahmatçıları erməniləri məğlub etdilər

Aktual

28 Sentyabr 2018, 19:27

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, yığmamız beşinci turda Ermənistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib (1:0). Teymur Rəcəbov isə Qabriel Sargisyandan üstün olub (1:0). Rauf Məmmədov görüşünü heç-heçə ilə başa vurub, Arkadi Naydiç isə rəqibi ilə qarşılaşmadan məğlub ayrılıb.

Beşinci turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı