Modern.az

Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycan nefti yenidən bahalaşdı

Aktual

28 Sentyabr 2018, 23:49

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 82,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,06 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 82,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 27-də 79,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 27-də 81,84 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı