İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb.
***
Sulavesi adasında 7,4 bal gücündə zəlzələdən sonra güclü sunami baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 30 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.
Xatırladaq ki, sentyabrın 28-də səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində bir nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Bundan bir qədər sonra həmin rayonda 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Yerli KİV-lərin yaydığı məlumata görə, bundan sonra Palu şəhərinə 3 metr hündürlüyündə sunami dalğaları çatıb.
Hakimiyyət orqanları Mərkəzi Sulavesi əyalətinin paytaxtındakı aeroportu şənbə günü axşamadək bağlamaq barədə qərar qəbul ediblər.