Modern.az

Avropada ölümlərin 12 faizi ürək tutmasından baş verir

Avropada ölümlərin 12 faizi ürək tutmasından baş verir

Aktual

29 Sentyabr 2018, 20:36

Avropa İttifaqında hər 8 ölüm halından biri infarkt səbəbindən baş verir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Avropada ölümlərin 12 faizi ürək tutmasından baş verir.

 

Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) "Dünya ürək günü” ilə əlaqədar yaydığı məlumatda bildirilir.

 

Avropa ölkələrində infarktdan ən çox ölüm halları Litvada qeydə alınıb - 38 faiz. İkinci pilləni 29 faizlə Latviya tutur. İlk "üçlüy"ü 27 faizlə Slovakiya qapayır.

 

İnfarktın ən az müşahidə olunduğu ölkələr siyahısına Fransa və Hollandiya başçılıq edir - 6 faiz.

 

Ümumilikdə Avropa İttifaqında hər 8 ölüm halından biri infarkt səbəbindən baş verir.

 

Qeyd edək ki, Avropa İttifaqına üzv olan ölkələrdə ürək xəstəliyindən həyatını itirən kişilərin (53 faiz) sayı qadınların sayından (47 faiz) çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı