Modern.az

BMT Baş katibi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırdı

BMT Baş katibi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırdı

Aktual

30 Sentyabr 2018, 00:14

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb. Modern.az xəbər verir ki, bu barədə Antoniu Quterreşin mətbuat katibinin onun adından verdiyi bəyanatda bildirilib.

 

Bəyanatda qeyd olunub ki, Baş katib həmsədrlərin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir. Həmçinin, tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə və siyasi iradə göstərməyə çağırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı