Modern.az

“Bu qarşılaşmanın bizə faydası olacaq” - Qurban Qurbanov

“Bu qarşılaşmanın bizə faydası olacaq” - Qurban Qurbanov

Aktual

30 Sentyabr 2018, 00:53

Topaz Premyer Liqasının VI turu çərçivəsində “Sabah”I səfərdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Modern.az "Report"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib:

 

- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna rəğmən, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda əks-hücuma çıxmağı da bacarır. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

 

- “Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?

 

- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

 

- Emeqaranın və Delarjın oyuna buraxılmasını əvvəlcədən planlaşdırmışdınız, yoxsa bunu nəticəyə görə etdiniz?

 

- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də dəyişikliklərə əl atdım.

 

- “Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?

 

- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır