Modern.az

Azərbaycan yığması Çexiya ilə qarşılaşacaq

Azərbaycan yığması Çexiya ilə qarşılaşacaq

Aktual

30 Sentyabr 2018, 12:50

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gələcək. Artıq komandaların heyətləri də məlumdur: 

43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur

Kişilər

Azərbaycan - Çexiya

Şəhriyar Məmmədyarov - David Navara

Teymur Rəcəbov - Viktor Lazniçka

Arkadi Naydiç - Zbinek Qraçek

Rauf Məmmədov - İrji Stoçek

Məmmədyarovla Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla çıxış edəcək.

Qadınlar

Azərbaycan - Latviya

Günay Məmmədzadə - Laura Roqule

Xanım Balacayeva - İlze Berzina

Gülnar Məmmədova - Linda Krumina

Ülviyyə Fətəliyeva - Elizabete Limanovska

Məmmədzadə və Məmmədova ağ, Balacayeva və Fətəliyeva qara fiqurlarla oynayacaq.

Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Beş turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 10 xalla 1-ci, qadın millisi 8 xalla 8-ci pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı