Modern.az

İcra başçısı sakinlərlə görüşdü - FOTO

İcra başçısı sakinlərlə görüşdü - FOTO

Aktual

29 Sentyabr 2018, 13:49

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Molalan kəndində Molalan və Sors kəndlərindən olan vətəndaşlarla səyyar görüş keçirib.


Modern.az xəbər verir ki, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayıb və bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Molalan kəndində görüşürük.


Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları barədə məlumat verən rayon rəhbəri ölkəmizdə olduğu kimi rayonumuzun da sürətlə inkişaf etdiyini və əhalinin rifah halının daha da yaxşılaşdığını qeyd edib.

Dövlət Proqramına uyğun olaraq Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işlərinin görüldüyünü, Piran-Hamarat-Vijaker avtomobil yolunda tikinti işlərinin davam etdirildiyini, rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikildiyini, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb.


Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Təhməz Əliyev, Vaqif Həsənov, Şahin Əliyev, Xıdır Quliyev və digərləri görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Eyni zamanda ərazinin qazlaşdırılmasına, əraziyə gələn avtomobil yolunun və elektrik xətlərinin təmirinə, su probleminin həllinə, payızlıq və yazlıq əkininin aparılmasından ötrü kənd təsərrüfatı texnikası ilə təmin edilməsinə, məktəblərdə ixtisas müəllimlərinin çatışmamazlığına və digər problemlərin həllinə köməklik göstərilməsini rayon rəhbərliyindən xahiş ediblər.


Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edib, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...