Modern.az

Oktyabrın ilk günündə hava necə olacaq?

Oktyabrın ilk günündə hava necə olacaq?

Aktual

30 Sentyabr 2018, 13:50

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Abşeron yarımadasında gecə 17-20°, gündüz 24-28° isti, Bakıda gecə 19-20°, gündüz 25-27° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% olacaq.

 

Rayonlarda əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti təşkil edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı