Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, 1959-cu il təvəllüdlü yerli sakin İbrahimova Sevil Əhmədağa qızı şəhərin 17-ci mikrorayonu ərazisində "RAV4" markalı "10-LU-121" dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub.
Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
S.Əhmədovanın oğlu Babək İbrahimov Modern.az-a bildirib ki, anasının yolu qaçaraq keçməsi barədə bəzi KİV-lərin yaydığı məlumat həqiqətə uyğun deyil:
"Anam bardürün yanında dayanıb soldan gələn maşınların keçməsini gözləyərkən, yolun kənarı ilə bərk sürətlə arxaya sürən avtomobil tərəfindən vurulub".
Hadisəni törədən sürücü Elçin Allahverdiyev məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.