Modern.az

  Yaşlı qadın kürəkəni və nəvəsi tərəfindən döyülüb

  Yaşlı qadın kürəkəni və nəvəsi tərəfindən döyülüb

Aktual

1 Oktyabr 2018, 00:13

Ağstafada kürəkən oğlu ilə birgə qaynanasını döyüb. Modern.az xəbər verir ki, hadisə rayonun Yenigün kəndində qeydə alınıb. 1934-cü il təvəllüdlü Xədicə Abbas qızı Əliyeva kürəkəni və nəvəsi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

İlkin məlumatlara görə, qızının evində qalan qadınla kürəkəni arasında əvvəllərdə münaqişə olub. Axşam saatlarında yenidən münaqişə yaşanıb və bu səfər kürəkən oğlu ilə birgə yaşlı qadını yumruq zərbələri ilə döyüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı