Azərbaycanda 2019-2020 il üçün “Fulbright” proqramına 80 nəfər müraciət edib.
Modern.az saytının xəbərinə görə, onlardan 27-si müsahibəyə dəvət alıb.
6 nəfər isə ABŞ-da təhsil almaq üçün seçilib.
“Fulbright” proqramı Azərbaycan gəncləri üçün ABŞ universitetlərində magistr təhsili almağa imkan yaradır.