Modern.az

Azərbaycan ordusunda “NATO günləri” başlayıb

Azərbaycan ordusunda “NATO günləri” başlayıb

Aktual

1 Oktyabr 2018, 12:10

Azərbaycan ordusunda “NATO günləri” başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrini komandanlığını ziyarət edəcək.

Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO-nun strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası”, “NATO və Kibertəhlükəsizlik” və digər mövzularda mühazirələr təqdim olunacaq.

Azərbaycan ordusunda “NATO günləri” oktyabrın 5-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı