Modern.az

Paralimpiyaçı üzgüçümüz Almaniyada 4 qızıl medal qazandı

Paralimpiyaçı üzgüçümüz Almaniyada 4 qızıl medal qazandı

Aktual

1 Oktyabr 2018, 15:27

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) üzgüçülük üzrə milli komandasının idmançısı Roman Saley beynəlxalq turnirdə 4 medal qazanıb.

 

ARMPK-dan Modern.az-a bildiriblər ki, təmsilçimiz Almaniyanın Hamm şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belə ki, Roman Saley 50 və 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız, həmçinin arxasıüstə krol və baterflay üsulla 100 metr məsafəyə yarışlarda da birinci olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı