Modern.az

Qanunsuz vasitələrlə ov edənlər saxlanıldı

Qanunsuz vasitələrlə ov edənlər saxlanıldı

Aktual

1 Oktyabr 2018, 15:15

Xəzər dənizinin Sumqayıt şəhəri, Bağlar qəsəbəsi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı icazəsiz ov edən şəxslərin Sumqayıt şəhər sakinləri Kamran Xudaverdiyev və İlham İsmayılov olduğu müəyyən edilib, onlardan balıq və ov alətləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı