Modern.az

Ağcabədidə traktorla avtomobil toqquşdu: Ölən var

Ağcabədidə traktorla avtomobil toqquşdu: Ölən var

Aktual

1 Oktyabr 2018, 15:50

Ağcabədi rayonu ərazisində “VAZ-21074” markalı avtomobillə “MTZ-82” markalı traktor toqquşub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 29-da saat 14 radələrində Ağcabədi rayonunun Qaravəlli kənd sakinləri Hüseyn Bayramovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Ağcabədi şəhər sakini Elçin İbrahimovun idarə etdiyi “MTZ-82” markalı traktor toqquşub. Nəticədə H.Bayramovun sərnişini - atası Mehdi xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı