Modern.az

Azərbaycanın qadın şahmatçıları İtaliya millisi ilə heç-heçə etdi

Azərbaycanın qadın şahmatçıları İtaliya millisi ilə heç-heçə etdi

Aktual

1 Oktyabr 2018, 20:02

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII turunda qadınlardan ibarət Azərbaycan millisi İtaliya ilə qarşılaşıb. Modern.az "Report"a istinadən xəbər verir ki, yığmanın bütün şahmatçıları rəqibləri ilə xalları yarı bölüblər. Hər iki yığma bu nəticədən sonra 11-ci xallarını qazanıb.

 

İtaliya – Azərbaycan 2:2

 

Günay Məmmədzadə - Olqa Zmina - 0,5:0,5

 

Ülviyyə Fətəliyeva – Marina Brunello - 0,5:0,5

 

Xanım Balacayeva – Desire Di Bendetto - 0,5:0,5

 

Zeynəb Məmmədyarova – Elena Sedina - 0,5:0,5

 

Ü.Fətəliyeva və Z. Məmmədyarova ağ, G.Məmmədzadə ilə X.Balacayeva isə qara fiqurlarla oynayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...