Modern.az

Azərbaycan neftinin qiymətində sıçrayış

Azərbaycan neftinin qiymətində sıçrayış

Aktual

1 Oktyabr 2018, 23:41

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 84,78 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 1,8 dollar/barel çoxdur.  Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 83,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,78 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 28-də 81,10 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 1,75 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 28-də 83,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,81 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı