Modern.az

Bir milyonluq qiymətli daşın ölkədən çıxarılmasına cəhd

Bir milyonluq qiymətli daşın ölkədən çıxarılmasına cəhd

Aktual

2 Oktyabr 2018, 00:58

Ukraynanın hüquq-mühafizə orqanları külli miqdarda kəhrəba daşının ölkədən çıxarılmasının qarşısı alınıb. Modern.az xəbər verir ki, Macarıstan ilə sərhəddə, Zakarpatye vilayətində yerli sakinə məxsus mikroavtobusda bir tondan yuxarı kəhrəba daşı aşkarlanıb.

 

Araşdırma zamanı məlum olub ki, gömrük işçisi Ukrayna sərhədindən Avropa İttifaqı ölkələrinə qaçaq yolla külli miqdarda kəhrəba daşı aparmağa cəhd göstərib.

 

Məlumata görə, götürülən kəhrəba daşının qiymətinin “qara bazar”da təxminən bir milyon dollar olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı